• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub

SİYASƏT

17 Oktyabr 2025 | 19:30 | Müəllif: Subhan Mahmudov

Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub

Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın Azərbaycana səfər edəcəyi tarix məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi (XİN) Kommunikasiya şöbəsinin müdiri Bretti Sarapunun Report-a verdiyi məlumata görə, M.Tsaxkna Azərbaycana oktyabrın 22-də səfər edəcək.

B.Sarapun bildirib ki, M.Tsaxkna Estoniya işgüzar heyətinin müşayiəti ilə ikitərəfli münasibətlərin, xüsusən də iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və hər iki ölkənin liderlərinin Vaşinqtonda imzaladığı birgə bəyannamədən sonra Ermənistan-Azərbaycan sülh prosesində əldə olunan irəliləyişə dəstəyi ifadə etmək məqsədilə Azərbaycana gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026