• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İrəvanda kütləvi dava: polis müdaxilə etməyib

DÜNYA

22 Avqust 2023 | 00:41

İrəvanda kütləvi dava: polis müdaxilə etməyib

Ermənistanın paytaxtı İrəvanda bir qrup homofob ötən gün öldürülən transgender qadın Adriananın xatirəsinə toplaşan erməni kvirfəalların küçə toplantısına hücum edib.

Bakıvaxtı.az erməni KİV-ə istinadla xəbər verir ki, polis hadisəni sadəcə izləyib və müdaxilə etməyib.

“Bir qrup homofob bizə daş atmağa başladı və polislər sadəcə olaraq buna baxıb heç bir tədbir görmədilər. Bildiyimə görə, heç kim xəsarət almayıb”, - aksiyaya qatılmış fəal Kelli Ovanisyan deyib.

Hücum nəticəsində daşqalaqdan bir neçə nəfərin yüngül xəsarət aldığı, bir nəfərin isə qolu qırıldığı vurğulanıb.

Xatırladaq ki, ötən gün İrəvanda 28 yaşlı Adriana öz mənzilində öldürülüb. Qətldən sonra mənzil yandırılıb. Yerli hüquq müdafiəçisi Lilit Martirosyanın sözlərinə görə, olaydan bir həftə öncə Adriana təqiblərdən gileylənib. Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026