ABŞ hərbçiləri İŞİD liderlərindən biri Bilal al-Sudanini zərərsizləşdirib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Sudani Somalinin şimalında keçirilən əməliyyat zamanı öldürülüb.
Məlumata görə, əməliyyat ABŞ liderinin əmrinə uyğun olaraq həyata keçirilib.
Bilal al-Sudani, həmçinin terror qruplaşmasının lideri olmaqla yanaşı, İŞİD-in qlobal şəbəkəsinin koordinatoru olub. Bununla yanaşı, o, qruplaşmanın dünya üzrə qollarını da maliyyələşdirməklə məşğul olub.















