• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Türkiyədə zəlzələdən xilas olan kişi avtomobil qəzasında öldü

DÜNYA

26 Fevral 2023 | 09:07 | Müəllif: Subhan Mahmudov

Türkiyədə zəlzələdən xilas olan kişi avtomobil qəzasında öldü

Manisada Hataydan gələn zəlzələ qurbanlarının olduğu avtomobil qəzaya uğrayıb. Qəzada zəlzələdən sağ çıxan 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Manisanın Salihli rayonunda yaşanıb. Burada Hataydan gələn minik avtomobili ilə mikroavtobus toqquşub.

Qəza nəticəsində son zəlzələlərdən xilas olmağı bacaran 66 yaşlı Yusuf Gülən həyatını itirib.

Yaralılar Salehli Dövlət Xəstəxanası və rayondakı özəl xəstəxanalara aparılıblar. Vəziyyəti ağır olan Yusuf Güləni həkimlərin bütün müdaxilələrinə baxmayaraq, xilas etmək mümkün olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR