• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail ABŞ-dan daha 25 ədəd F-35 alır

DÜNYA

03 Sentyabr 2023 | 18:00 | Müəllif: Subhan Mahmudov

İsrail ABŞ-dan daha 25 ədəd F-35 alır

İsrail Müdafiə Nazirliyi ABŞ-dan üçüncü eskadrilyanı təşkil edəcək 25 ədəd F-35 qırıcı təyyarəsinin alınması prosesinə rəsmən başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ABŞ-dakı F-35 Birgə Proqram Ofisinə təyyarələrin alınması ilə bağlı rəsmi sorğu göndərib. Bundan sonra təchizat müqaviləsi imzalanmalıdır. Sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.

İsrail Müdafiə Qüvvələrinə təyyarələrin yeni partiyasının tədarükü 2027-ci ildə başlayacaq və üç ildə yekunlaşacaq.

Bununla da İsrail Hərbi Hava Qüvvələrində F-35 qırıcı təyyarələrinin sayının 75-ə çatacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026