İsrail polisi HƏMAS-a aid kriptovalyuta hesablarını dondurduqlarını, ianə toplamaq üçün istifadə etdiklərini açıqlayıb.
Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, İsrail polisinin bu gün verdiyi açıqlamada deyilir: "İsrail Polisi Kiber Bölməsi Müdafiə Nazirliyi, İsrail Təhlükəsizlik Agentliyi və digər milli kəşfiyyat agentlikləri ilə əməkdaşlıq edərək HƏMAS-ın fəaliyyətini maliyyələşdirmək üçün istifadə etdiyi kriptovalyuta hesablarını uğurla dondurdu".
Britaniya polisi ilə koordinasiyada işləyən Kiber Polis Bölməsi Britaniyanın "Barclays" bankında ianə pulu yatırmaq üçün təfərrüatları HƏMAS tərəfindən dərc edilən daha bir hesabı dondurmağa müvəffəq olub.
“İsrail Polisi, Müdafiə Nazirliyi və digər tərəfdaşlar terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizəni davam etdirəcək və terror təşkilatlarının strateji maliyyə aktivlərini hədəfə alacaq”.
Ay Tac














