Türkiyənin İzmir bölgəsinin iki fərqli ərazisində yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, yanğınların səbəbi hələlik məlum deyil.
Bildirilir ki, İzmirin Əliağa bölgəsində yanğınla mübarizəyə altı helikopter, dörd təyyarə və 100-ə yaxın yanğınsöndürən cəlb edilib.
Digər yanğın Menderes rayonunun meşəlik sahəsində başlayıb.
Sözügedən əraziyə isə beş helikopter, üç təyyarə və yanğınsöndürən briqadalar cəlb olunub.
















