Bakıda yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan şosesi 22-nin ("Jurnalistlər binası") qarşısında qeydə alınıb.
Belə ki, "Hyundai" və "Mercedes" markalı iki avtomobil toqquşub.
Bundan bir az sonra eyni ərazidə başqa bir qəza qeydə alınıb. 90-NT-508 dövlət nömrə nişanlı "Hyundai", 27-BJ-080 dövlət nömrə nişanlı "Mercedes" və 99-JE-553 dövlət nömrə nişanlı "İsuzu" markalı "ASCO"ya məxsus avtobus zəncirvari qəza törədib.
Hadisələr nəticəsində avtomobillərə ciddi zərər dəyib.
Murad Məmmədli






















