• Bakı 19° C

    11.48 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Avtomobil 18 yaşlı qızı vurdu

HADİSƏ

30 Sentyabr 2023 | 16:23

Avtomobil 18 yaşlı qızı vurdu

Lənkəranda minik avtomobili 18 yaşlı qızı vurub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov xiyabanında baş verib. Nəqliyyat vasitəsi yolu əks tərəfə keçmək istəyən Lənkəran rayonunun Şıxakəran kənd sakini 2005 - ci il təvəllüdlü Fatimə Kəramət qızı Quluzadəni vurub. Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması və dəqiqləşdirilməmiş koma diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.
 


SON XƏBƏRLƏR

10 May 2025