• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şahdağ Milli Parkında yanğın baş verdi

HADİSƏ

29 Oktyabr 2023 | 18:10 | Müəllif: Subhan Mahmudov

Şahdağ Milli Parkında yanğın baş verdi

Şahdağ Milli Parkında yanğın olub.

Bu barədə  Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlıqda Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində Şahdağ Milli Parkının ərazisində 600 m² sahədə xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026