• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Avtomobil ağaca çırpıldı -  Xəsarət alanlar var

HADİSƏ

28 Noyabr 2023 | 00:57

Avtomobil ağaca çırpıldı -  Xəsarət alanlar var

Oğuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sincan kəndində baş verib.

    Rayonun Sican kənd sakini, 2003-cü il təvəllüdlü Elcan Təbriz oğlu İsrafilov “BMW” markalı avtomobilə idarəetməni itirib.

    Bu zaman maşın yolun kənarındakı ağaca çırpılıb.

    Qəza zamanı E. İsrafilov və avtomobildə olan həmkəndlisi, 2001-ci il təvəllüdlü Kənan Nadir oğlu İsrafilzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

    Yaralılara Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müayinə edilmək üçün Qəbə RMX-a göndərilib.

    Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024