• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azyaşlı uşaq kanala düşdü, axtarış aparılır -VİDEO

HADİSƏ

27 Dekabr 2023 | 12:46

Azyaşlı uşaq kanala düşdü, axtarış aparılır -VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

     

    ***

    09:02

    İmişlidə 10 yaşlı uşaq su kanalına düşüb.

    Bakıvaxtı.az xəbər verir ki, Qaragüvəndikli kəndində 2013-cü il təvəllüdlü Rasim Xankişiyev "Boztəpə"" su kanalı düşüb.

    Hazırda onun axtarışları davam edir./APA


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR