• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Gəncədəki qətl 30 manata görə törədilib? - YENİLƏNİB

HADİSƏ

26 Yanvar 2024 | 11:47 | Müəllif: Subhan Mahmudov

Gəncədəki qətl 30 manata görə törədilib? - YENİLƏNİB

Dünən gecə Gəncədə törədilən qətlin bəzi detalları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, ilkin araşdırmalar zamanı bıçaqlanaraq öldürülən 38 yaşlı Vasif Həsənovla 28 yaşlı Yaqub Həsənov arasında borc pul məsələsinin olması müəyyənləşib.

V.Həsənov Gəncədə kirayəyə xeyir-şər çadırı verməklə məşğul olub. Yaqub Həsənovun kirayə avadanlıqla bağlı mərhuma 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Mübahisənin tərəflər arasında məhz bu səbəbdən düşdüyü və Vasif Həsənov kəsici alətlə qətlə yetirildiyi iddia edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir./Qafqazinfo

***

00:14

Gəncədə qətl törədilib, saxlanılan var.

Bakıvaxtı.az xəbər verir ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026