• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda yaşayış binasında yanğın 

HADİSƏ

27 Dekabr 2023 | 14:40 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda yaşayış binasında yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallart Nazirliyindən bildirilib.

Verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 194 m² olan obyektin 1 otağının yanar konstruksiyaları, 1 ədəd kondisioner və 2 ədəd müşahidə kamerası, ümumi sahəsi 20 m² olan dəhlizdə 2 ədəd pəncərə çərçivəsi və 1 ədəd plastikdən ibarət qapı yanıb.

Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026