• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Naxçıvanda tələbələr dəm qazından zəhərləndilər

HADİSƏ

28 Noyabr 2023 | 10:45

Naxçıvanda tələbələr dəm qazından zəhərləndilər

Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Naxçıvanda təhsil alan və kirayədə qalan - 2004-cü il təvəllüdlü, Şərur rayon sakinləri - Seyidova Nərmin Kamil qızı (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Baxşıyeva Salatın Hikmət qızı (Naxçıvan Texniki Kolleci), 2006-cı il təvəllüdlü İmanova Zəhra Rüzgar qızı (Naxçıvan Texniki Kolleci) və 2006-cı il təvəllüdlü Həsənova Sədaqət Məmməd qızı dəm qazından zəhərləniblər.

    Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır./APA


    SON XƏBƏRLƏR

    26 Iyul 2024