• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Güclü külək səbəbindən 3 nəfər xəsarət aldı

HADİSƏ

27 Noyabr 2023 | 15:23

Güclü külək səbəbindən 3 nəfər xəsarət aldı

Bakıda əsən güclü külək 3 nəfərin xəsarət almasına səbəb olub.

Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd Bakıvaxtı.az-a açıqlaqmasında bildirib ki, həmin şəxslər mərkəzə yerləşdirilib.

"Külək onlardan birinin başına yük maşının arxa qapısını çırpıb, nəticədə alın nahiyəsinin çapılmış zədəsi, 1 nəfərin başına ağac, digər şəxsin üzərinə isə dəmir parçası düşməsi nəticəsində başın küt travması qeydə alınıb.

Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub" - məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024