• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Piyadanı yarım saatda iki maşın vurdu

HADİSƏ

27 Dekabr 2023 | 10:25

Piyadanı yarım saatda iki maşın vurdu

Bakı-Quba yolunda bir nəfəri iki dəfə maşın vurub.

Bakıvaxtı.az xəbər verir ki, dekabrın 25-də saat 19:30 radələrində Bakı-Quba yolunun 37-ci kilometrində Vüsal Xangəldiyev idarə etdiyi "Ford Tranzit" markalı yük maşını ilə yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Oruc Osmanovu vurub.

Nəticədə, piyada xəsarət alaraq yolun asfalt örtüyünün üzərində qalıb.

Təxminən yarım saat sonra isə Elşən Cəfərov adlı şəxs idarə etdiyi “QAZ 31” markalı avtomobillə yolun üzərində qalmış O.Osmanovu vurub. Bu dəfə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026