• Bakı 22° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ticarət mərkəzində tüstülənmə baş verib

HADİSƏ

28 Noyabr 2023 | 17:09

Ticarət mərkəzində tüstülənmə baş verib

Bu gün saat 16:00 radələrində Bakı Dəmiryol Vağzalı ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin elektrik paylayıcısında baş vermiş qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub, hadisənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.


SON XƏBƏRLƏR

08 May 2025