• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Zaqatala sakininin əlində QUMBARA PARTLADI - Ölən və yaralananlar var

HADİSƏ

30 Sentyabr 2023 | 23:27

Zaqatala sakininin əlində QUMBARA PARTLADI - Ölən və yaralananlar var

Zaqatalada qumbaranın partlaması nəticəsində 2 nəfər yaralanıb. Bir nəfər daha sonra xəstəxanada həlak olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini - 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlan olan şəxs Vətən müharibəsi iştirakçısıdır.


SON XƏBƏRLƏR

08 May 2025