• Bakı 23° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

İsmayıllı sakinini bıçaqlayaraq öldürən şəxs SAXLANILDI - YENİLƏNİB

HADİSƏ

30 Sentyabr 2023 | 20:47

İsmayıllı sakinini bıçaqlayaraq öldürən şəxs SAXLANILDI - YENİLƏNİB

Bu gün axşam saatlarında İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

20:03

İsmayıllı rayonunda qətl hadisəsi törədilib. 

Bakıvaxtı.az-ın məlumatına görə hadisə bu gün axşam saat 19:30 radələrində İsmayıllı şəhərindəki kafelərdən birində qeydə alınıb. Rayon sakini, 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlu bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib. Hadisəni törədən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 


SON XƏBƏRLƏR

30 May 2025