• Bakı 14° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Şəhidin bacısı vəfat etdi

CƏMİYYƏT

30 May 2025 | 16:00

Şəhidin bacısı vəfat etdi

Vətən müharibəsi şəhidi Alxas Yunusovun bacısı vəfat edib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin bacısı Vəfa Qarayeva 31 yaşında xəstəlikdən ölüb.

Qeyd edək ki, Azərbaycan ordusunun giziri olmuş Alxas Yunusov 1986-cı il yanvarın 18-də Cəlilabad şəhərində doğulub. 2020-ci il sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi, üç övladı qalıb.

O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Onu da qeyd edək ki, Alxas və Vəfa 11 uşaqlı ailənin övladları olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026