• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Kerem Aktürkoğlu "Benfika"da

İDMAN

03 Sentyabr 2024 | 09:47

Kerem Aktürkoğlu "Benfika"da

Super Liqa təmsilçilərindən "Qalatasaray"da çıxış edən Kerem Aktürkoğlu Portuqaliyanın "Benfika" komandasına transfer olunub.

Bakıvaxtı.az DHA-ya istinadla xəbər verir ki, "sarı-qırmızılılar"ın Kerem Aktürkoğlunun "Benfika"ya keçidindən əldə edəcəyi gəlir və razılaşmanın detalları da müəyyənləşib.

    Portuqaliya klubu"sarı-qırmızılılar"a 11 milyon avro transfer haqqı ödəyəcək.

    Həmçinin "Qalatasaray" futbolçunun növbəti transferindən 10% pay alacaq.

    Ötən gün axşam saatlarında Lissabona yollanan 25 yaşlı futbolçunun qısa müddətdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

    Kerem Aktürkoğlu "Qalatasaray"da 179 oyun keçirib. 25 yaşlı futbolçu bu matçlarda 46 qol vurub, 42 məhsuldar ötürmə edib.Apasport.az


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Sentyabr 2026