• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Kermanda törədilmiş terrora görə 35 nəfər saxlanıldı

DÜNYA

11 Yanvar 2024 | 16:07

Kermanda törədilmiş terrora görə 35 nəfər saxlanıldı

İranın Kerman şəhərində törədilmiş terror aktı ilə əlaqədar 35 nəfər saxlanılıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik iki kamikadzedən birinin şəxsiyyətini müəyyən edib. Terrorçunun Tacikistan vətəndaşı olduğu və İrana dekabrın 19-da qanunsuz yollarla daxil olduğu bildirilib. İkinci kamikadze ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı qeyd edilib. Həbslərin İranın bir neçə vilayətində baş tutduğu qeyd olunub.

Xatırladaq ki, yanvarın 3-də Qasım Süleymaninin memorialında törədilmiş terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürüb. Terror hücumu nəticəsində 100-dən çox adam həlak olub, 284 nəfər yaralanıb. Bunun 1979-cu il İslam inqilabından sonra İrandakı ən ölümcül terror hadisəsi olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026