• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Konstitusiyadan suverenliyə

SİYASƏT

12 Noyabr 2025 | 14:57

Konstitusiyadan suverenliyə

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də milli suverenliyin, dövlət müstəqilliyinin və vətəndaş azadlıqlarının qorunmasının fundamental əsasını təşkil edir.

Bu sənədin qəbulundan sonra ölkədə hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təminatı, vətəndaşların dövlət qarşısında bərabər məsuliyyət daşıması prinsipləri sistemli şəkildə həyata keçirilib.

Xüsusilə 2020-ci ildən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə milli suverenliyin tam təmin olunması Konstitusiyanın mahiyyətini daha da aktuallaşdırdı. Bu mərhələ təkcə torpaqların azad edilməsi ilə deyil, həm də dövlətin hüquqi və siyasi tamlığının bərpası ilə xarakterizə olunur. Beləliklə, Konstitusiyada təsbit olunan “Azərbaycan Respublikasının suverenliyi bölünməzdir” prinsipi artıq praktik reallığa çevrilib.

Bu gün dövlət suverenliyinin təmin olunması ilə paralel şəkildə vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində də mühüm institusional addımlar atılıb. Konstitusiya Məhkəməsinin, Ombudsman institutunun, ASAN və DOST xidmətlərinin fəaliyyəti dövlətin həm hüquqi, həm sosial suverenliyini möhkəmləndirib. Rəqəmsal idarəetmə, şəffaf sosial xidmət və ədalətli məhkəmə mühiti konsepsiyası artıq milli suverenliyin müasir forması kimi qəbul olunur.

Beləliklə, Konstitusiyanın qəbulundan bu günə qədər keçilən yol həm hüquqi dövlətin, həm də real suverenliyin bərqərar olmasını təmin edib. Əgər 1995-ci il Konstitusiyası Azərbaycan müstəqilliyinin hüquqi manifesti idisə, bu gün həmin sənəd suverenliyin praktik dayağı, dövlət-vətəndaş münasibətlərinin bərabər hüquqlu modelinin əsas sütununa çevrilib.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR