• Bakı 21° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

KTMT hərbi təlimlərə başladı

DÜNYA

03 Oktyabr 2022 | 14:32

KTMT hərbi təlimlərə başladı

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Reaksiya Qüvvələrinin təlimlərinin aktiv mərhələsi başlayıb. 

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə KTMT təlimlərinin birgə mətbuat mərkəzi məlumat yayıb.

"2022-ci il KTMT-nin kollektiv təhlükəsizliyinin bütün regionlarında vəziyyətin kəskinləşməsi ilə xarakterizə olunur. Bu şərtlərdə KTMT-nin qoşunları öz təyinatları üzrə tapşırıqları yerinə yetirməyə daim hazır vəziyyətdə olmalıdırlar, o cümlədən müasir müharibələr və "yalançı bayraq altında, etibarnamə ilə" fəaliyyət göstərən düşmənlə silahlı münaqişələr şəraitində", - deyə KTMT-nin Birləşmiş Qərargahının rəhbəri general-polkovnik Anatoli Sidorov bildirib.

Sidorov qeyd edib ki, təşkilatın inkişaf strategiyasında siyasi və diplomatik nizamlama tədbirlərinə üstünlük verilir. Onun fikrincə, təlimlər komanda-nəzarət orqanlarının, KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birləşmələrinin birgə təliminin ən effektiv formasıdır. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026