• Bakı 20° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Lənkəranda ev yandı: xəsarət alanlar var

HADİSƏ

29 Avqust 2022 | 00:12 | Müəllif: Subhan Mahmudov

Lənkəranda ev yandı: xəsarət alanlar var

Lənkəranda ev yanıb.

Bakıvaxtı.az-ın Report-a istinadən xəbərinə görə, hadisə şəhərin ''Qalayçılar'' məhəlləsində - B.Mirsalayev küçəsində baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Xalid Xalıq oğlu Əliyevə məxsus ev yanıb. Hadisə zamanı ev sakinlərindən ikisi xəsarət alıb.

Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mırkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026