• Bakı 24° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Magistrların DİQQƏTİNƏ - Müddət Uzadıldı

CƏMİYYƏT

31 Iyul 2023 | 16:46

Magistrların DİQQƏTİNƏ - Müddət Uzadıldı

Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb.

DİM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, magistraturaya qəbul olmuş şəxslər avqustun 3-ü saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 21-dən etibarən başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026