• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Naxçıvanda 5 idarə rəisi işdən çıxarıldı

CƏMİYYƏT

30 Avqust 2023 | 15:08 | Müəllif: Qalib İbrahimoğlu

Naxçıvanda 5 idarə rəisi işdən çıxarıldı

Naxçıvan şəhərində yerləşən 6 Mənzil İstismar İdarəsinin 5-nin rəisi işdən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Firuz Əsədov, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev, Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Orxan Hüseynov, Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Xətai Məmmədov və Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinin rəisi İlqar Fərəcov işdən çıxarılıb.

    Mirsənani Seyidovun digər sərəncamı ilə bu vəzifələrə müvafiq olaraq Vasif Qasımov, Bağır Abbasov, Mirələsgər Seyidov, Ayxan Məmmədov (Naxçıvan şəhər 4 nömrəli Mənzil İstismar İdarəsi), Sabir Kərimov və Cəsarət Məhərrəmov təyinat alıblar./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR