• Bakı 7° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Makron hökumətdə dəyişiklik edəcək

DÜNYA

17 Iyul 2023 | 22:53 | Müəllif: Subhan Mahmudov

Makron hökumətdə dəyişiklik edəcək

Fransa prezidenti Emmanuel Makron hökumətdə dəyişiklik edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Kanal qeyd edir ki, baş nazir Elizabet Born vəzifəsini qoruyub saxlayacaq.

Fransa lideri Nazirlər Kabinetində dəyişiklikləri bu həftənin sonuna qədər açıqlayacaq.

Bundan əvvəl Makron bildirib ki, Ukrayna lideri Volodimir Zelenskinin Qərbdən dəstək tələb etmək hüququ var, o cümlədən ölkənin NATO- ya qəbulu məsələsində. O bunu NATO-nun Vilnüs sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Fransa rəhbərinin sözlərinə görə, qısa və uzunmüddətli perspektivdə Kiyevə dəstək vermək “beynəlxalq hüquq naminə” Qərb ölkələrinin üzərinə düşür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026