• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Koronavirusun Eris variantı daha bir ölkədə aşkarlandı

DÜNYA

16 Avqust 2023 | 17:41 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusun Eris variantı daha bir ölkədə aşkarlandı

Koronavirusun Eris variantı daha bir ölkədə aşkarlanıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Afrika Respublikasında Covid-19-un Omikron variantının alt törəməsi olan Eris (EG.5.1) xəstəliyinin aşkar edilib.

Bu barədə Cənubi Afrika Səhiyyə Nazirliyinin verdiyi açıqlamada bildirilir. Məlumata görə, ölkədə ilk Erisə yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 9-da Eris variantı ilə bağlı hesabat dərc edib.

Mövcud sübutlara əsasən, Erisin yaratdığı ictimai sağlamlıq riski, digər mövcud Covid-19 variantları üçün risk kimi “qlobal miqyasda aşağı” kimi qiymətləndirilib.

Erisin xüsusiyyətlərindən asılı olaraq qlobal miqyasda yayıla və hadisələrin artmasına səbəb ola biləcəyi də qeyd edilib.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026