Türkiyə Hava Yollarının (THY) Amsterdamdan İstanbula uçuş həyata keçirən təyyarəsinə texniki baxış keçirilən zaman nəqliyyat vasitəsinin şassi hissəsində cəsəd aşkar olunub.
Bakıvaxtı.az “Hürriyet”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı İstanbul hava limanında kameraların görüntüləri yoxlanılsa da, heç bir dəlilə rast gəlinməyib.
İlkin məlumata görə, cəsədi aşkar olunan şəxs 30-40 yaşlarında afrikalı qaçaq sərnişindir. Onun üzərindən şəxsiyyətini müəyyən etməyə imkan verən hər hansı sənəd tapılmayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb. Hazırda təyyarənin Afrika ölkələrinə həyata keçirdiyi uçuşlarla bağlı yoxlamalar aparılır. Qaçaq sərnişinin Afrika ölkələrindən birində təyyarəyə mindiyi güman edilir.
















