İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Ramhormoz rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoqrafiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ 13 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
















