• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tehranda dərslər onlayn keçiriləcək - SƏBƏB

DÜNYA

14 Noyabr 2023 | 13:46 | Müəllif: Qalib İbrahimoğlu

Tehranda dərslər onlayn keçiriləcək - SƏBƏB

Tehranda hava çirkliliyinə görə dərslər onlayn keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tehranın havanın çirklənməsi ilə bağlı fövqəladə vəziyyətlərin əlaqələndirilməsi üzrə işçi qrupu qərar verib.

Qərara əsasən, paytaxtda bütün məktəbəqədər və ibtidai siniflər üzrə dərslər onlayn keçiriləcək.

Qeyd edək ki, havanın çirklənməsi ilə bağlı bu gün İsfahanın bəzi şəhərlərində bütün məktəblər bağlanıb. Ölkənin Meteorologiya Təşkilatı Tehranda havanın çirklənməsinin həyəcanverici mərhələyə çatdığını bildirib.

Vətəndaşlara avtomobillərin hərəkətini azaltmaq, açıq havada fiziki və idman fəaliyyətlərindən çəkinmək tövsiyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026