ABŞ-da iki kişi keçəl və qızıl qartal da daxil olmaqla 3600-ə yaxın quşu öldürməkdə ittiham olunub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, Saymon Paul və Travis Con Branson quşları vuraraq bir neçə il qara bazarda satıblar.
Pol ilə Branson Qartalların Mühafizəsi Qanununu pozmaqda və qeyri-qanuni heyvan alverində ittiham olunurlar. Hər iki şəxs yanvarda məhkəmə qarşısına çıxarılacaq.
İttihamnamədə Bransonun quşların öldürülməsi ilə öyünərək mesajlar göndərdiyi, onların quşları və tüklərini "əhəmiyyətli miqdarda pul" qarşılığında satdığı deyilir.
Qeyd edək ki, ittihamnamədə Qartalların Mühafizəsi Qanununun pozulması iddiası ilə bağlı 13 fakt göstərilib, lakin prokurorlar öldürülən digər quşların növünü açıqlamayıb.
Ay Tac















