• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Biz İranla münaqişə aparmırıq - ABŞ

DÜNYA

13 Yanvar 2024 | 09:54

Biz İranla münaqişə aparmırıq - ABŞ

Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji Ünsiyyət Koordinatoru Con Kirbi Amerikanın "MSNBC" kanalında Yəmənə qarşı son hücumu dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Kirbi İranın Qırmızı dənizdə hücumlarını davam etdirən husilərə dəstək verdiyini hər kəsin bildiyini və Tehranın bu dəstəyi dayandırmasının lazım olduğunu bildirib.

"Biz gərginliyi artırmaq istəmirik, bölgədə gərginliyi artırmaq üçün heç bir səbəb yoxdur. Biz İranla münaqişə aparmırıq", - Kirbi şərh edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden dünən verdiyi açıqlamada Amerika və Britaniya ordularının Qırmızı dənizdəki hücumlarına cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu bildirib.

​​​Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026