Türkiyə ordusunun İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən daha bir hərbçisi şəhid olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da şəhid hərbçilərin sayı doqquza çatıb.
Qeyd olunub ki, bölgədə davam edən əməliyyat zamanı məhv edilən terrorçuların sayı 15 olub.
***
00:57
"Pəncə-Kilid" antiterror əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla qarşıdurma zamanı yaralanan türk əsgərlərdən biri dünyasını dəyişib.
Bakıvaxtı.az Türkiyə mediasına isitnadən xəbər verir ki, bununla Türkiyə ordusunda şəhidlərin sayı 6 nəfərə çatıb. Daha 7 hərbçi isə yaralıdır.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, 12 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam edir.
23:22
PKK terrorçuları Şimali İraqın Metina bölgəsindəki baza nöqtələrinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) terror təşkilatının həyata keçirdiyi hücum nəticəsində 5 əsgərin şəhid olduğunu açıqlayıb.Milli Müdafiə Nazirliyinin bəyanatında aşağıdakı ifadələrdən istifadə edilib:
"12 yanvar 2024-cü il tarixdə "Claw-Lock" əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa cəhd edən terrorçularla qarşıdurmada 5 qəhrəman yoldaşımız şəhid olub, 3-ü ağır 8 qəhrəman yoldaşımız yaralanıb. Yaralılarımız isə xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.
İlkin məlumata görə, əməliyyat zamanı 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.
















