• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynaya kütləvi raket hücumu olub

DÜNYA

13 Yanvar 2024 | 09:35

Ukraynaya kütləvi raket hücumu olub

Bu gün səhər saatlarında Ukraynaya kütləvi raket hücumu həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Bildirilib ki, Kiyev istiqamətinə qanadlı raketlər atılıb.

Ukrayna Hərbi Hava Qüvvələri vətəndaşları sığınacaqlara girməyə çağırıb.

Həmçinin Kropivnitski şəhərində partlayış səsləri eşidilib.

Məlumata görə, Dnepr vilayətində də güclü partlayış olub. Əraziyə “Kinjal” raketlərinin atıldığı ehtimal edilir.

Hücumlarla əlaqədər olaraq ölkədə hava həyacanı elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026