• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hakan Fidan britaniyalı həmkarı ilə danışdı

DÜNYA

13 Yanvar 2024 | 00:29 | Müəllif: Subhan Mahmudov

Hakan Fidan britaniyalı həmkarı ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, danışıq zamanı Hakan Fidan bölgədəki münaqişələri xatırladaraq, Ədən körfəzindəki gərginliyin azaldılmasına diqqət çəkib, Türkiyənin bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirib.

İsrail-Fələstin qarşıdurmasına toxunan Hakan Fidan bu münaqişənin ən qısa zamanda sona çatmasının vacibliyini qeyd edib, gərginliyin artmasının regional təhlükəsizlik və beynəlxalq sabitlik üçün ciddi təhlükə yaratdığını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026