Rusiya Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu axtarışa verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi yayıb.
Bununla belə, Budanovun hansı maddə üzrə axtarışa verildiyi açıqlanmayıb.
Qeyd edək ki, Rusiyanın Fedaral Təhlükəsizlik Xidməti 2022-ci ilin oktyabrında bildirib ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi və onun rəhbərliyi həmin ilin oktyabrın 8-də Krım körpüsündə terror aktının təşkilinə görə məsuliyyət daşıyırlar. Rusiyanın İstintaq Komitəsi isə cari ilin aprelində və oktyabrında Budanova bu və digər hadisələrlə bağlı qiyabi olaraq ittihamlar irəli sürüb.
















