ABŞ Senatı Müdafiə Nazirliyinin (Pentaqon) 2024-cü maliyyə ili büdcəsini özündə əks etdirən və Birləşmiş Ştatların müdafiə xərcləri siyasətlərini müəyyən edən 886 milyard dollarlıq Milli Müdafiə Səlahiyyəti Aktının (NDAA) yekun variantını qəbul edib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Senat və Nümayəndələr Palatasının ayrı-ayrılıqda qəbul etdiyi NDAA qanun layihələrini komitələr yekunlaşdırdıqdan və vahid qanun layihəsinə çevirdikdən sonra Senatda ilk səsvermə keçirilib.
Layihə 13 senatorun “yox” səsinə qarşı 87 senatorun “hə” səsi ilə qəbul edilib.
Sözügedən qanun layihəsi Pentaqonun siyasəti, eləcə də təyyarə və gəmi proqramları üçün on milyardlarla dollar ayırır.
Bundan əlavə, Çinə qarşı siyasətə 11,5 milyard dollar, Ukraynaya yardıma isə 800 milyon dollar ayrılması nəzərdə tutulur.
Ay Tac
















