"2024-cü il müharibədə həlledici il olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda Hudson İnstitutunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, müharibədə dönüş nöqtəsi yaxınlaşır. Yermak qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir, Ukrayna hərbçiləri Dnepr çayının sol sahilində möhkəm dayanıb və Ukrayna Prezidenti Vladimir Zelenski qələbəni necə əldə edəcəyini bilir.
O, həmçinin, qış yaxınlaşdıqca, Rusiya qoşunlarının ölkənin enerji infrastrukturuna hücuma başlaya biləcəyini, belə bir vaxtda Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verməyə çağırıb.
















