• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qazaxıstan "Anka" istehsal edəcək

DÜNYA

15 Oktyabr 2023 | 15:49

Qazaxıstan "Anka" istehsal edəcək

Türkiyənin “Anka” kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarının (PUA) Qazaxıstanda istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “inbusiness.kz” Türkiyə Aerokosmik Sənayesi Şirkətinin nümayəndəsi Erol Oğuza istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər hazırlıq işləri apardığından və investisiyaların həcmi hesablandığından hələlik daha dəqiq tarix demək mümkün deyil.

“Məqsədimiz təkcə istehsal açmaq deyil, gələcəkdə Qazaxıstanın müstəqil olaraq pilotsuz uçuş aparatları istehsal edə bilməsi üçün bu ölkəyə təcrübə və texnologiya ötürməkdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026