• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu ölkədə dərman böhranı yaşanır

DÜNYA

15 Sentyabr 2023 | 15:44

Bu ölkədə dərman böhranı yaşanır

Almaniya dərman təchizatı çatışmazlığı ilə üzləşir.

Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, hər iki reseptdən birində dərman çatışmır. Gündə 1,5 milyon insanın problemdən əziyyət çəkdiyi bildirilir.

Ən böyük problem antibiotiklərdir.

Həkimlər patent mühafizəsi müddəti bitmiş dərmanları təyin edirlər. Almaniya səhiyyə naziri Karl Lauterbax keçən qışa nisbətən bu il dərman təminatında daha yaxşı vəziyyətdə olacaqlarını iddia edib.

Lauterbach dərman istehsalçıları ilə təmasda olduqlarını, istehsalçıların həftənin 7 günü 24 saat çalışdığını vurğulayıb: "İstehsal böyük ölçüdə artacaq".

Qeyd edək ki, keçən qış Almaniyada böyük infeksiya dalğası yaşanmışdı. Uşaqlar üçün qızdırma salan, öskürək siropu kimi dərmanların əldə edilməsində böyük çətinlik yaranmışdı.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR