• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sanksiyalar Moskvanı çökdürə bilmədi - Peter Siyarto

DÜNYA

15 Oktyabr 2023 | 14:36 | Müəllif: Subhan Mahmudov

Sanksiyalar Moskvanı çökdürə bilmədi - Peter Siyarto

Anti-Rusiya sanksiyaları iqtisadi planda Moskvanı çökdürə bilmədi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Macarıstan XİN-in başçısı Peter Siyarto bildirib. O əlavə edib ki, Avropa İttifaqında Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirini müzakirə etməkdən yayınırlar.

Macarıstanın naziri deyib: “Biz həm də Rusiyaya qarşı sanksiyaların təsiri məsələsini müzakirə etməliyik. Bu sanksiyalar bizə, yoxsa Moskvaya daha çox zərər verir? Onların bir mənası varmı, qarşıya qoyulmuş məqsədlərə - məhz iqtisadi planda Rusiyanı çökdürmək, sülhə yaxınlaşmaq hədəfinə kömək etdimi? Bütün bu məsələlərlə bağlı uğur əldə olundumu? Düşünürəm ki, heç nəyin alınmadığı açıq-aşkardır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026