• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

47 milyon insan aclıq ərəfəsindədir - BMT

DÜNYA

15 Sentyabr 2023 | 16:58

47 milyon insan aclıq ərəfəsindədir - BMT

Dünyada, təxminən, 783 milyon insan qida əldə etməkdə problem yaşayır, 50-dən çox ölkədə isə 47 milyon insan aclıq astanasındadır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki,  bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatında bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn BMT Təhlükəsizlik Şurasının keçirilən sessiyasında qlobal ərzaq böhranından danışıb. Onun sözlərinə görə, müharibə, iqtisadi qarışıqlıq, artan iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər il milyonlarla insanı yoxsulluğa və ümidsizliyə sürükləyir.

Makkeyn qeyd edib ki, dünya əhalisinin 10-da 1-i qidaya çıxışda problem yaşayır: "ÜƏP hesab edir ki, 50-dən çox ölkədə 47 milyona yaxın insan aclıqdan bir addım uzaqda yaşayır. 5 yaşa qədər 45 milyon uşağın kəskin qida çatışmazlığından əziyyət çəkdiyi təxmin edilir. Hazırda qlobal humanitar ehtiyacları artıracaq bir sıra uzunmüddətli və eyni vaxtda baş verən böhranlarla üzləşirik".

Makkeyn ÜƏP-nin resursların azalması səbəbindən milyonlarla insana verilən ərzaq yardımını kəsmək qərarına gəlməli olduğunu və daha çox kəsin yolda olduğunu açıqlayıb.

Humanitar yardıma ehtiyacın davam etdiyini, lakin büdcənin azaldıldığını bildirən Makkeyn sektorlararası əməkdaşlığı ön plana çıxaran yeni modellərin hazırlanmasının vacib olduğunu vurğulayıb.

Bu kontekstdə özəl sektorun önə çıxdığını vurğulayan Makkeyn deyib ki, ortaq məqsəd aclıq və yoxsulluqla effektiv mübarizə aparmağa, uzunmüddətli perspektivdə humanitar yardım ehtiyacını azaltmağa imkan verəcək iddialı ərəfdaşları gücləndirməkdir”.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR