• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ərdoğan Makronu Türkiyəyə dəvət etdi

DÜNYA

15 Sentyabr 2023 | 14:51

Ərdoğan Makronu Türkiyəyə dəvət etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu Türkiyəyə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, "G20" sammiti çərçivəsində iki liderin səmimi söhbəti görüntülənib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransına daxil olarkən Fransa prezidenti ilə qarşılaşıb. Makron Ərdoğana Liviya məsələsini müzakirə etmək istədiyini bildirib. Ərdoğan isə cavabında Fransa prezidentini Türkiyəyə dəvət edib. Fransa prezidenti Ərdoğanın təklifinə müsbət cavab verib.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub.

Qeyd edək ki, Liviyaya yardım göndərən ölkələr arasında qardaş Türkiyə də yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026