• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada toyuq əti qıtlığı yaranıb

DÜNYA

15 Oktyabr 2023 | 13:00 | Müəllif: Subhan Mahmudov

Rusiyada toyuq əti qıtlığı yaranıb

Rusiyada restoranlar toyuq əti qıtlığı ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin Restorançılar və Hotelçilər Federasiyasının (FRiO) rəhbəri İqor Buxarov problemin olduğunu təsdiqləyib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi isə qeyd edib ki, müvafiq müəssisələr ilk növbədə pərakəndə satış şəbəkələrinə toyuq əti verməklə əhalinin tələbatını ödəyir.

“Hazırda Rusiya bazarında toyuq ətinin bütün istehlakçıları çətin vəziyyətlə, o cümlədən onun çatışmazlığı ilə üzləşirlər və biz də istisna deyilik”, - yerli “KFC”nin Mətbuat Xidmətindən vurğulanıb.

FRiO prezidenti isə bildirib ki, çatışmazlıq bir neçə amillə, o cümlədən quşçuluq təsərrüfatlarında kadr çatışmazlığı ilə bağlıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026