• Bakı 23° C

    2.67 m/s

"Əməliyyatlar düşmən üçün maraqlı olacaq” - Ukrayna kəşfiyyatçısı

DÜNYA

16 Avqust 2023 | 17:54

"Əməliyyatlar düşmən üçün maraqlı olacaq” - Ukrayna kəşfiyyatçısı

Qara dənizə qoşulan vasitələr Ukrayna istehsalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın Qara dəniz limanlarını, gəmilərini və Krım körpüsünü pilotsuz dəniz vasitələri ilə hədəfə alan Ukrayna kəşfiyyatçısı CNN İnternational-a deyib.

Onun sözlərinə görə, Ukrayna bu hücumlarla Rusiyanın Qara dəniz sahillərindəki hökmranlığını zəiflədir.

Ukrayna kəşfiyyatçısı Amerika mətbuatına sirli pilotsuz dəniz gəmiləri haqqında da məlumat verib.

CNN International-a danışan kəşfiyyat rəsmisi Rusiyaya qarşı yeni hücumlar planlaşdırdıqları mesajını verib: “Bu dronlar Ukraynadakı yeraltı müəssisədə istehsal olunur. Biz Qara dəniz sularında da daxil olmaqla bir çox yeni və maraqlı əməliyyatlar planlaşdırırıq. Sizə söz verirəm ki, bunlar xüsusilə düşmən üçün maraqlı olacaq”.

Ukrayna rəsmisi bildirib ki, pilotsuz təyyarələr Ukrayna istehsalıdır: “Dəniz pilotsuz təyyarələri Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi ixtirasıdır. Özəl şirkətlər bunun bir hissəsi deyil. Bu dronlardan istifadə etməklə biz bu yaxınlarda Krım körpüsünə, böyük hücum gəmisinə və neft tankerinə uğurla hücum etdik”.

Qeyd edək ki, Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünə hücum edilib və Rusiya hücumda körpünün zədələnmədiyini, lakin 2 mülki vətəndaşın həlak olduğunu bəyan edib. Körpü hücumundan əvvəl Ukrayna, həmçinin, Rusiyanın desant gəmisini və dronlarla neft tankerini hədəfə alıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026