• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

47 il sonra ilk - "Luna-25" Ayın orbitinə daxil oldu

DÜNYA

16 Avqust 2023 | 21:07

47 il sonra ilk - "Luna-25" Ayın orbitinə daxil oldu

Rusiyanın 47 ildən sonra ilk dəfə Aya göndərdiyi "Luna-25" kosmik gəmisi Ayın orbitinə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) açıqlayıb. 

Məlumata görə, avqustun 11-də kosmosa göndərilən "Luna-25" kosmik gəmisinin Moskva vaxtı ilə saat 11.57-də Ayın orbitinə daxil olduğu bildirilib. Missiya çərçivəsində təxminən 5 gün Ay ətrafında dövr etdikdən sonra "Luna-25" avqustun 21-də Ayın cənub qütbünə yumşaq eniş üçün kursunu dəyişəcək. Əgər "Luna-25" uğurlu eniş edərsə, onun Ayın su izlərinin aşkarlandığı cənub qütb bölgəsində bir il xidmət göstərməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026