• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AB-dən İranla bağlı bəyanat: Edamları dayandır!

DÜNYA

15 Sentyabr 2023 | 19:30 | Müəllif: Subhan Mahmudov

AB-dən İranla bağlı bəyanat: Edamları dayandır!

Avropa Birliyi (AB) İranı ölüm hökmünü ləğv etməyə və məhbuslara qarşı lazımi hüquqi prosesləri başlatmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, AB bununla bağlı bəyanat yayıb.

Məlumata görə, AB-nin bəyanatında ötən il İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalan Məhsa Əmininin ölümündən danışılıb və bu hadisənin İranda daxili etirazları daha da gücləndirdiyi vurğulanıb.

Qeyd edək ki, İranda ötən ay 69 nəfərin edam hökmü icra edilib. Cari il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026